Afrika Millətlər Kubokunda çıxış edən Misir millisi daha bir ciddi itki ilə üzləşib.
Publika.az xəbər verir ki, yarımmüdafiəçi Emam Aşur məşqdə aldığı zədə səbəbindən turnirin 1/8 final mərhələsində komandasına kömək edə bilməyəcək. Bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Aşur məşq zamanı salto etməyə çalışıb, amma onun cəhdi uğursuz olub. Nəticədə 25 yaşlı futbolçu kəllə-beyin travması və beyin silkələnməsi alıb. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Xatırladaq ki, daha əvvəl Misir millisinin kapitanı Məhəmməd Salah sıradan çıxmışdı.