07.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Rəşad Nəbiyevin yeni müşaviri KİMDİR...

06 noy 2025 14:00
GÜNDƏM
ads

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünə daha bir müşavir təyin edib.

Qutb.az xəbər verir ki, bu, Anar Novruzovdur.

O, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Hava Yolları" QSC-nin və "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində "Maliyyə idarəçiliyi və liderlik", Fransada INSEAD Biznes Məktəbində "Transformasiyanın idarəedilməsi" proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. (Mənbə: Report)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur