Fransalı tennisçi Terens Atman “Rolan Qarros”un ilk turunda Sebastyan Ofnerlə görüşdə azarkeşə topla zərbə endirdikdən sonra möcüzəvi şəkildə diskvalifikasiyadan yayınıb.
Publika.az xəbər verir ki, dördüncü setdə hesab 1:4 olarkən Atmanın zərbəsi meydandan kənara çıxıb. Emosiyasına hakim ola bilməyən fransalı topu tribunaya tərəf vurub. Top xanım azarkeşə dəyib.
Ofner matç rəsmilərindən rəqibini diskvalifikasiya etməyi tələb edib, lakin hakim və nəzarətçi ilə uzun müzakirələrdən sonra Atman xəbərdarlıq alıb.
Sonda Ofner bu görüşdə böyük geri dönüşlə 3:6, 4:6, 7:6 (2), 6:2, 7:5 hesablı qələbə qazanıb.