Bir mövsümlük fasilədən sonra Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" maliyyə problemləri yaşayır.
Publika.az xəbər verir ki, Birinci Liqanın çempionunda aprel və may ayının maaşları ödənilməyib. Klub informasiyanı təkzib etmir və maaşların ödənəcəyini bildirir.
Əsasən dövlətin ayırdığı maliyyə hesabına ayaqda qalan klubda maaşların ödənilməməsinə səbəb nədir? Ya "Şamaxı" rəhbərliyi klubun büdcəsindən düzgün istifadə etməyib, ya da klublara AFFA vasitəsilə aylıq ödənilən dotasiyaların köçürülməsində problem var.
Premyer Liqa ilə müqayisədə Birinci Liqada çalışan, top qovan şəxslərin məvaciblərin xeyli aşağı olduğunu nəzərə alsaq, 2 ayın məvacibini almayan bu insnaların hansı çətinliklərlə üzləşdiyini proqnozlaşdırmaq asan deyil.
Heybət