02.05.24 | Bakı 21.03° C |
15:05:24
Lent :

Rusiya bombaladı, məşhur məşqçinin evi dağıldı

00:00 30.03.2024
İDMAN
ads

Rusiyanın Ukraynaya qarşı apardığı iki illik genişmiqyaslı müharibədə heç vaxt Odessa mart ayı ərzində olduğu qədər atəşə məruz qalmamışdı.

Hər gün sahilyanı şəhərə doğru uçan ballistik raketlər və kamikadze bombaları çoxlu sayda insan tələfatına, dağıntılara gətirib çıxarır.

Publika.az xəbər verir ki, Odessadakı son raket hücumlarından biri əvvəllər bir neçə elit klubda – “Çernomorets”, ” Metallurq”, “Tavriya”nın baş məşqçisi, həmçinin Ukrayna millisinin baş məşqçisinin köməkçisi kimi çalışmış məşhur ukraynalı məşqçi Semyon Altmanın evinə ziyan vurub. Güclü partlayış dalğası onun mənzilinin bütün pəncərə çərçivələrini qoparıb, içəriyə ziyan vurub.

Mövcud məlumata görə, xoşbəxtlikdən ev sahibi xəsarət almayıb – o, partlayış zamanı evdə olmayıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az