17.05.24 | Bakı 13.03° C |
08:05:07
Lent :

“Əbədi münaqişə”: Bayden administrasiyasının Ukrayna planı məlum oldu

15:00 02.05.2024
GÜNDƏM
ads

Kiyev və Vaşinqton arasında müzakirə olunan ikitərəfli təhlükəsizlik sazişi mahiyyət etibarı ilə Ukraynanı əbədi münaqişəyə sürükləyəcək.

Publika.az xəbər verir ki, bunu Amerikanın “The American Conservative” nəşrinin köşə yazarı Bradley Devlin iddia edib.

Onun sözlərinə görə, cəmi iki həftə əvvəl hər kəs Ukraynaya 61 milyard dollarlıq yeni yardım paketinin həlledici rol oynayacağına əmin idi. Ukrayna prezidenti Vladimir Zelenski “qələbə şansı” haqda danışırdı.

Amma o vaxtdan bəri bu ritorika söndü və Qərb mediası bu paketin Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq üçün kifayət etməyəcəyini yazır.

Zalenski isə ABŞ-la razılaşmadan danışarkən qeyd edib ki, onun çərçivəsində bu il və növbəti 10 il üçün dəstək səviyyələri müzakirə olunur.

Müəllif vurğulayır ki, Donald Trampın Ağ Evə qayıtması perspektivi ukraynalıları və onların “Qərb xoru”nu daha hərəkətli olmağa sövq edir.

Ohayo ştatından senator J.D.Vens qeyd edib ki, “şahinlər” Trampın prezident seçiləcəyi təqdirdə onun Kiyevə əlavə dəstəkdən imtina etmək qabiliyyətini məhdudlaşdırmağa və bunu “impiçment üçün səbəb”ə çevirməyə çalışırlar.

"Başqa sözlə, xarici siyasət qurumu qərar verdi: bu, ən azı on il davam edəcək, biz artıq başqa bir "əbədi müharibə" haqqında danışa bilərikmi?", - müəllif qeyd edib.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az