17.05.24 | Bakı 13.03° C |
08:05:27
Lent :

Rövşən Nəcəfin AFFA-da bir ayı: Nə iş görüb?

15:00 02.05.2024
İDMAN
ads

Ötən ay - aprelin 2-də AFFA-da Hesabat-seçki konfransı keçirildi. Həmin iclasda federasiyanın yeni rəhbərliyi müəyyənləşdi. SOCAR-ın prezidenti Rövşən Nəcəf qurumun dördüncü rəhbəri seçildi.

Artıq bir aydır AFFA yeni rəhbərlik tərəfindən idarə olunur. Ölkə futbolundakı vəziyyəti nəzərə alsaq, ictimaiyyətin, azarkeşlərin yeni dönəmdən gözləntiləri böyükdür. Milli komandalar, ölkə çempionatı, uşaq futbolu, infrastruktur və s. məsələlər var ki, həllini gözləyir.

Geridə qalan bir ay ərzində AFFA-nın yeni rəhbərliyinin fəaliyyətini necə qiymətləndirmək olar? Nə gözləntiniz vardı, nə iş gördülər? Bu sualı futbol ictimaiyyətinə ünvanladıq.

Milli komandamızın sabiq üzvü, futbolçu karyerasını bitirdən sonra fəaliyyətini funksioner kimi davam etdirən Ceyhun Sultanov mövsümün sonunu gözləməyi məsləhət bilir:

"AFFA-nın yeni rəhbərliyinin fəaliyyətindən bir ay keçsə də, heç nə deyə bilmərəm. Çünki hələ heç nə görülmüyüb ki, nəsə deyə bilim. Zamana ehtiyac var. Bir müddət sonra nəsə danışmaq olar. Çünki hələ heç nə görünmür. Yəqin ki, mövsümün bitməsini gözləyirlər. Bundan sonra müəyyən qərarlar verərlər. Yalnız bundan sonra fikir bildirmək olar".

İdman jurnalisti Kənan Məstəliyev isə tamam başqa fikirdədir. O, AFFA-dakı susqunluqdan narahatdır:

"Heç bir qiymətləndirmə mümkün deyil, çünki hələ heç nə etməyiblər. Əslində, bu da bir meyardı, çünki indiyə qədər nələrsə açıqlanmalı, ən azı strategiya ilə bağlı plan təqdim edilməli idi: əsas yığma kimə tapşırılacaq, uşaq futboluna münasibət necə olacaq, hansı xətlə gedəcəklər, futbol infrastrukturumuzla bağlı planları nədir və s. Heç nə yoxdu, sakitlikdir. Bəlli bir hazırlıq görüb, hər şeyi əsaslı edib ondan sonra ictimaiyyət qarşısına çıxmaq istəyirlərsə, hə, o zaman bu 1 aylıq susquluğa haqq qazandırmaq olar. Yox, əksi olacaqsa, onda "köhnə hamam, köhnə tas" deyəcəyik. Ümid edirəm ki, belə olmayacaq. Nikbin olmalıyıq, çünki başqa yolumuz da yoxdur".

Əldə etdiyimiz məlumata görə, bir neçə gün ərzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda milli komandanın baş məşqçisi, ölkə çempionatında komanda sayı və federasiya daxilində islahatlarla bağlı qərarlar veriləcəyi gözlənilir.

Heybət Məmmədov


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az