Şənbə günü, oktyabrın 12-də Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Polşa – Portuqaliya oyunu keçirilib. Görüş Portuqaliya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
QÜTB.AZ xəbər verir ki, Portuqaliya millisində qollardan birini Kriştiano Ronaldo vurub. Onun üçün bu qələbə millidə 100-cü olub.
Beləliklə, Ronaldo tarixdə milli komandanın heyətində rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.
Bundan əlavə, o, Serxio Ramosun yoldaşlıq görüşləri də daxil olmaqla qələbə sayına görə rekordunu təkrarlayıb – 131.