İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək “Real” – “Sevilya” matçından əvvəl məğlubiyyətsiz ispan-gürcüstanlı UFC döyüşçüsü İlia Topuria simvolik olaraq topa zərbə endirəcək.
Publika.az xəbər verir ki, fevralın 25-nə planlaşdırılan oyundan əvvəl Topuria çempionluq kəmərini qazandığına görə də mükafatlandırılacaq.
Ötən həftəsonu İlia Topuria avstraliyalı Aleksandr Volkanovskini ikinci raundda nokautla məğlub edərək, İspaniyadan olan ilk UFC çempionu kimi adını tarixə yazdırıb.