“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəkdə “Barselona” ya qayıda biləcəyi ilə bağlı sualı cavablandırıb .
Publika.az xəbər verir ki, COPE nəşrinə müsahibə verən kataloniyalı mütəxəssis həmkarımızın “Gələcəkdə “Barselona”ya qayıtmağınız üçün qapı bağlıdır” sualına qısa şəkildə cavab verib. “Bəli, qapı bağlıdır” – deyərək “Barsa”ya qayıtmayacağını bildirib.
Xatırladaq ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”ya rəhbərlik edib. Onun rəhbərliyi altında Kataloniya komandası 14 kubok qazanıb.
Qvardiolanın hazırda çalışdığı “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.