Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı yerin 2,52 km dərinliyində qeydə alınıb.
Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.
Hüseyn İbadlı