02.05.24 | Bakı 17.03° C |
10:05:46
Lent :

Premyer Liqa: “Səbail” - “Turan Tovuz”a, “Sabah” - “Zirə”yə qarşı

10:00 30.03.2024
İDMAN
ads

Azərbaycan Premyer Liqasında bu gün XXVIII turun növbəti iki oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.

Medallar uğrunda mübarizə aparan komandaların duelləri müvafiq olaraq "ASCO Arena" və "Bank Respublika Arena"da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur

30 mart

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVIII tura martın 29-da iki oyunla start verilib. "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i darmadağın (6:1) edən "Qarabağ" isə sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az