17.05.24 | Bakı 14.03° C |
09:05:31
Lent :

Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi

10:00 02.05.2024
GÜNDƏM
ads

Bu gün səhər saatlarında Ermənistan polisi Tavuşun Kirants kəndinə yeridilib. Məqsəd Azərbaycanla sərhədin Qazax-Tavuş istiqamətində demarkasiya prosesini bloklayan etirazçıların dağıdılmasıdır.

Publika.az
xəbər verir ki, Kirants kəndinə gedən yolları bağlayan erməni polisi jurnalsitlərin də bölgəyə girişini qadağan edib.

“Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib ki, çoxsaylı polis qüvvələri kəndə daxil olub. Polis sərhədin minalardan təmizləmə əməliyyatına mane olan şəxsləri saxlayır. Saxlanılanların İcevan polis şöbəsinə aparıldığı deyilir. Son məlumatan görə, saxlanılanların sayı 31-ə çatıb. Ermənistan polisi sərhədin minalardan təmizlənməsi və demarkasiya prosesinin başa çatmasına qədər ərazini nəzarətdə saxlayacaq.

Məlumata görə, kənddə mindən çox polis və xüsusi təyinatlılar var. İddia olunur ki, onlar kənddəki bütün kişiləri döyərək, həbs edib.

Asif


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az