17.05.24 | Bakı 13.03° C |
06:05:05
Lent :

Oskanyan İrəvana qayıtdı: Avropadan Qarabağla bağlı nə gətirib?

10:00 02.05.2024
GÜNDƏM
ads

Ermənistanda separatçılar tərəfindən yaradılan qondarma “artsax məsələsi üzrə beynəlx komitə”nin rəhbəri, keçmiş xarici işlər nazri Vardan Oskanyan bir neçə ay davam edən Avropa və ABŞ səfərindən sonra İrəvana qayıdıb.

Publika.az
xəbər verir ki, Oskanyan Avropada siyasi dairələrlə qondarma “artsax” məsələsini müzakirə edir, erməni separatizminə beynəlxalq dəstəyin əldə edilməsinə çalışırdı. Məlumata görə o, hətta Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarla da görüşüb.

Ermənistanda separatçılar Oskanyanın yolunu səbrsizliklə gözləyirdilər. Lakin bir həftədir İrəvana qayıdan Oskanyan separatçılarla görüşməyib.

“Hraparak” nəşri yazır ki, Oskanyan Avropada məlum görüşlərinə davam etmək üçün mayın 5-də yenidən Ermənistanı tərk edəcək. Onun İrəvanda qondarma “parlamentə” hesabat verməsi gözlənilsə də, hələ də heç bir təmas yoxdur.

“Əldə etdiyimiz məlumata görə, görüşün olmamasının səbəbi texniki problemlərdir. Plana görə, Oskanyanın qayıdışından sonra İrəvanda (qondarma) “hökumət və parlament üzvləri”, eləcə də “icma rəhbərləri”nin iştirakı ilə geniş tərkibdə iclas keçiriləcək, dinləmələr orada aparılacaq. Lakin bunun üçün texniki problemlər var. Məlumata görə, hazırda belə bir iclasın keçirilməsi üzərində iş aparılır. Orada Oskanyanın Avropada Qarabağla bağlı nələr müzakirə etdiyi, nə ilə geri döndüyü öyrəniləcək”, - nəşr yazır.

Asif


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az