Premyer Liqa klubu “Nottingham Forest” ötən mövsüm sosial şəbəkələrdə dərc olunan paylaşıma görə rekord məbləğdə – 750 min funt-sterlinq (təxminən 980 min dollar) cərimələnib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) mətbuat xidməti məlumat yayıb.
“Meşəçilər”in postu aprelin 21-də “Everton”a 0:2 hesablı məğlubiyyətdən sonraya təsadüf edib. Həmin vaxt hər iki komanda Premyer da qalmaq uğrunda mübarizə aparırdı” Luton Taun” da eyni durumda idi.
“Nottingem” həmin görüşdə VAR-a cavabdeh olan hakim Stüart Atvelin işindən narazı qalıb.
“Üç çox pis qərar – üç buraxılmış penalti – biz sadəcə qəbul edə bilmərik. Oyundan əvvəl PGMOL-a xəbərdarlıq etdik ki, VAR-a “Luton” azarkeşi rəhbərlik edir, lakin onlar onu əvəz etmədilər. Səbrimiz dəfələrlə sınanıb”, – “Nottingem”in paylaşımında bildirilirdi.
Daha sonra “Nottingem” sosial media yazısının hakim qərəzliliyini nəzərdə tutduğunu inkar etdi.
Amma dinləmələrdən sonra müstəqil tənzimləmə komissiyası ittihamı sübuta yetirib və kluba qarşı sanksiyalar tətbiq edib.