Paris Yay Olimpiya Oyunlarının 4-cü yarış günündən sonra medal sıralaması bəlli olub.
Publika.az xəbər verir ki, iyulun 29-da idmançılar 10 idman növü üzrə 19 dəst medal uğrunda mübarizə aparıblar.
Nəticələrə əsasən, Olimpiadanın medal sıralamasında lider aktivində 6 qızıl, 2 gümüş və 4 bürünc olan Yaponiya komandasıdır.
İkinci sırada Fransa qərarlaşıb. İlk üçlüyü Çin qapayır - 5 qızıl, 5 gümüş və 2 bürünc medal.
Yarışların favorit komandası hesab edilən ABŞ isə "ilk 5-lik"dən kənar düşüb. 20 medal qazanan Amerikalılar altıncıdır. Qərblilər medalın əyarına görə olmasa da, sayına görə birincidirlər.
Ötən gün cüdoçu Hidayət Heydərovla Paris-2024-də həm ilk medalını, həm də ilk "qızıl"ını qazanan Azərbaycan isə Rumıniya və Özbəkistanla birlikdə 15-17-ci sıraları bölüşür.
Heybət