“Neftçi” qış transfer pəncərəsində ilk keçidini reallaşdırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstanın "kotasport.com" saytı məlumat yayıb.
Bildirilir ki, "ağ-qaralar" “Lokomotiv Plovdiv”in vingeri Alfa Konteni transfer etmək istəyir. "Neftçi" sierra leoneli futbolçuya görə 150 min avro ödəməyə hazırdır. "Dəmiryolçular" isə futbolçunun satışından daha böyük gəlir əldə etmək niyyətindədir.
Bununla belə, "Lokomotiv" oyunçunun transferinə müsbət yanaşır. Çünki klubun ona yüksək məbləğdə maaş borcu var.
Heybət