Fransalı məşqçi və əfsanəvi sabiq futbolçu Patrik Vieyra ABŞ millisinə rəhbərlik edə bilər
Publika.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd olunur ki, Vieyra yerli federasiyanın potensial namizədlər sırasında olsa da, yeganə deyil. Tərəflər hələ ki, şifahi danışıqlarla kifayətlənir.
Qeyd edək ki, Vieyranın son iş yeri iyulun 18-də tərk etdiyi "Strasburq" klubu olub.
Heybət