“İnter Mayami”nin futbolçusu Lionel Messi daha bir reklam kampaniyasının siması olub.
Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu “Adidas F50” idman ayaqqabısının reklamında iştirak edib.
Butsların təqdimatı mayın 21-də baş tutub. Messi sözügedən modeli “İnter Mayami”nin və Argentina millisinin matçlarında geyinəcək.
Təqdimat fotosunda formula 1 avtomobilinin olması diqqət çəkib. Avtomobil argentinalının əlində tutduğu idman ayaqqabıları ilə eyni rəngdə olub. Messi “İnstaqram” səhifəsində “axtardığım sürətli avtomobili tapdım” sözlərini yazıb.