Futbol üzrə Azərbaycan millisinin baş məşqçisiTürkiyəli mütəxəssis Rza Çalımbay ola bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məşqçi “Sabah” qəzetinə müsahibəsində deyib. Məşqçi bildirib ki, Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazırdır:
“Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığması ilə çalışmağa müsbət baxaram”.
Xatırladaq ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boş qalıb. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubu ilə işləyib.