Braziliya Olimpiya yığmasında oynayan "Real"ın gələcək oyunçusu Endrikin ailəsi Olimpiya Oyunlarına lisenziya xarakterli (KONMEBOL üzrə) qarşılaşma zamanı venesuelalı azarkeşlər tərəfindən irqi təhqirə məruz qalıb.
Publika.az xəbər verir ki, bununla bağlı Braziliya Futbol Konfederasiyası (CBF) bəyanat yayıb:
“CBF Braziliya Olimpiya komandasının Venesuelanı məğlub etdiyi oyun zamanı və sonra Karakasdakı "Briqido İryart"e stadionunda Endrikin ailə üzvlərinə qarşı baş vermiş irqçilik hərəkətlərini pisləyir. Rəqib komandanın formasını geyinən azarkeşlərin təhqirləri xüsusilə Endrikin atası Duqlas Ramosa qarşı yönəlib.
Onlar meymunları təqlid edən jestlər ediblər. Bu hadisəsən xəbər tutan kimi Braziliya millisinin Venesueladakı nümayəndə heyətinin rəhbəri Daniel Vaskonselos CBF prezidenti Ednaldo Rodrigezin adından futbolçu və onun ailəsi ilə həmrəy olduğunu bildirib”.
Qeyd edək ki, braziliyalılar 2:1 hesabı ilə qalib gəliblər.
Heybət