La Liqada 2023/24 mövsümünün fərdi mükafatçıları açıqlanıb.
Publika.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem geridə qalan mövsüm üçün çempionatın ən yaxşı oyunçusu seçilib.
Madrid klubunda debüt mövsümündə 20 yaşlı ingilis futbolçu La Liqada 28 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mişel son La Liqa mövsümünün ən yaxşı məşqçisi seçilib. Onun rəhbərliyi altında tarixi nəticə göstərərək "Jirona" üçüncü yeri tutub.
"Barselona"nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal isə mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
Heybət