02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edildi

13 avq 2024 05:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə QÜTB.AZ-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, V.Mustafayev görüş zamanı ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

“TUSAŞ”, “ASFAT”, “HAVELSAN”, “ROKETSAN”, “BAYKAR”, “Makina ve Kimya Endüstri”, “REPKON Grup”, “ASELSAN” şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın uğurla davam edəcəyindən bəhs edilib.

V.Mustafayev qonaqları Azərbaycanın müasir müdafiə sənayesi sahəsindəki yeniliklər, əldə olunan nəticələr və gələcək planlar haqqında məlumatlandırıb. H.Görgün Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur