Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O postunu tərk etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, lakin federasiyanın icraiyyə komitəsi sabiq futbolçunun istefasını qəbul etməyib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Eto`O bu qərara Kamerun millisinin Afrika Millətlər Kubokunda uğursuz çıxışından sonra gəlib. Bununla bağlı keçirilən toplantıda "Barselona"nın sabiq futbolçusu qərarını açıqlayıb. Fikir mübadiləsi zamanı komitə üzvləri ona tam etibar etdiklərini bildiriblər.
Xatırladaq ki, Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.