UFC yüngül çəkidə liqasının yeni çempionu, gürcü əsilli ispaniyalı qarışıq döyüş sənətçisi İlia Topuria maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, təşkilatın keçmiş yüngül çəki çempionu Həbib Nurməhəmmədovla döyüşdə qalib gələcəyinə inandığını bildirib:
“Mən Həbib Nurməhəmmədovla oktaqona çıxmaqdan məmnun olardım. Onun məğlubiyyətsiz karyerası var. Bu həm mənim üçün, həm də idman tarixi üçün cəlbedicidir. Mənim üçün Həbib layiqli və şərəfli çempiondur. Onu 100% məğlub edərdim”.