Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani Misir, İsrail və ABŞ kəşfiyyat rəhbərlərinin iştirakı ilə keçirilən danışıqlarda HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı irəliləyişə nail olunduğunu bildirib.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, Baş nazir Vaşinqtonda Atlantik Şurada çıxış edərkən deyib: “Danışıqlardakı irəliləyişlər hər şeyin əvvəlki vəziyyətinə qayıtmasına imkan verəcək və ya heç olmasa gələcək fəaliyyət üçün zəmin yaradacaq".
Onun sözlərinə görə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında yeni saziş bağlamaq məqsədi daşıyan İsrail və HƏMAS arasında danışıqların hazırkı mərhələsi gələcəkdə daimi atəşkəsə gətirib çıxara bilər.
Qətərin Baş naziri qeyd edib ki, potensial razılaşmanın əsas şərti bütün israilli girovların azad edilməsi olacaq.