İran ABŞ-dan kömək istədi: Vaşinqton regional təhlükəsizliyə təhdid görmür
ABŞ, Aİ və Ermənistan üçtərəfli görüşü Cənubi Qafqazda gərginliyə gətirib çıxaracaq
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Qutb.az-ın məlumatına görə, son oyun günündə də 5 görüş keçiriləcək.
Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Budyo Qlimt" komandası Litva "Jalgiris"ni sınağa çəkəcək.
Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"u, Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubu, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"i ilə üz-üzə gələcək.
Çempionlar Liqası III təsnifat mərhələsi, ilk oyunlar 3 avqust
20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)
20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva)
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya)
22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan)
Qeyd edək ki, bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.