“İnter” ciddi itki ilə üzləşib.
Publika.az xəbər verir ki. İtaliya təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb. Türkiyəli futbolçu ayaq əzələsində problem aşkarlanıb. 30 yaşlı futbolçu bu səbəbdən A Seriyasının 26-cı turunun “Leççe” ilə matçının (4:0) buraxıb.
Türkiyə yığmasının üzvünün durumu tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində meydana çıxdığı 30 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.