Müğənni Nura Suri Xalq artisti Murad Adıgözəlzadənin xanımı, Avroviziya təmsilçimiz Aysel Teymurzadəyə xəyanət etməsi iddiasına münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, sosial media hesablarında paylaşım edib.
“Əsl xəyanət belə olur. Gəncliyini, gözəlliyini istifadə edib, yaşa dolanda yenisi ilə əvəzləyən kişilər vampirlərdir. Gənc qızların ən dəyərli olan gəncliyini son damlasına qədər bitirib, qucağına 2-3 uşaq da verib atırlar - köhnəlmiş əşya kimi. Sonra da yeni gənc qurban tapıb eynisini təkrarlayırlar”, - deyə, Nura bildirib.
Qeyd edək ki, OLAY-ın əldə etdiyi məlumata görə, Adıgözəlzadənin Ayselə Filarmoniyada çalışan musiqiçi ilə xəyanət etdiyi, bunun üçün ondan boşanmaq istədiyi iddia olunur.