Dekabrın 24-də Parisdə Eyfel qülləsində yanğın baş verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Xilasedicilər yanğını söndürüb. İtkilərin olmadığı qeyd edilir.
Məlumata görə, yanğına səbəb ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində baş verən qısaqapanma olub.
Qeyd edək ki, qüllə ictimaiyyətə açıq olacaq, lakin tamamilə yox, yalnız ikinci mərtəbəyə qədər.
Adəm