17.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Qərb mələk deyil, Ermənistanı yalançı vədlərlə qorumağa çalışır"

17 fev 2024 05:00
GÜNDƏM
ads

"Rusiyalı rəsmilər Ermənistan-Azərbaycan şərti sərhəddində baş verən son insidentin Qərbin maraqlarına uyğun olduğuna işarə edirlər".

Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib.

Politoloq əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov fevralın 14-də açıqlama verərək Qərbin Bakı ilə İrəvan arasında postmünaqişə dövründə nizamlanmaya təsir göstərməyə çalışdığını bildirib.

"İki gün sonra oxşar açıqlama Rusiya Federal Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gəlib. “Qərb Cənubi Qafqazda vəziyyəti qarışdırmağa, Ermənistan-Azərbaycan həll prosesinə müdaxilə etməyə çalışır” deyən Patruşev bunun bölgədə vəziyyətin gərginləşməsinə səbəb olduğunu vurğulayıb".

O bildirib ki, əlbəttə, Qərb mələk deyil, Ermənistanı yalançı vədlərlə qorumağa çalışır:

“Ancaq son insidentdə Azərbaycan hərbçilərinə atəş açan “Yerkrapa” terror təşkilatının üzvləri olub. Onlar isə Birinci Qarabağ müharibəsindən bu yana Rusiyanın hərbi agenturasıyla bağlıdır. Azərbaycanla Ermənistan arasında Qərbin xüsusi vasitəçiliyinə ehtiyac olmadığı kimi, Rusiyanın da fəallığına ehtiyacımız yoxdur. Dövlət başçısı İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində fikrini aydın ifadə edib: “Vasitəçiyə ehtiyacımız yoxdur, gedin, işinizlə məşğul olun!”. Bu sözlər həm Qərbə, həm də Rusiyaya aiddir”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur