06.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın"

26 may 2024 06:00
GÜNDƏM
ads

"Bir adam büdrəyib yıxılanda ona yazığınız gəlməzmi?".

Publika.az xəbər verir ki, bu sualla Zaur Kamal verlişinin qonağı olan Cabbar Musayevə müraciət edib.

Məşhur musiqiçinin cavabı maraqlı olduğu qədər həm də olduqca sərt alınıb:

"Büdrəyəndə bir dəfə tutmuşam, iki dəfə tutmuşam, üç dəfə tutmuşam. İnsan büdrəyəndə ona kömək edirsən. İki dəfə büdrəyir, kömək edirsən, üçüncü dəfə bu hal yenə baş verəndə baxırsan ki, o, nəyə görə büdrədi və bu dəfə "padnoşkanı" özün qoyursan ki, büdrəsin və bir daha ayağa qalxmasın. Çünki iki-üç dəfə sən ona yardım etdin, qolundan tutdun axı.

Zaurun "Amma bir adam ki, xəstədi, səhhəti yerində deyil, ürəyiniz ağrımzamı o adama?", - sualına Cabbar Musyaev qəti şəkildə "Xeyir!" cavabı ilə yadda qalıb.

C.Musayev fikrini belə izah edib: "Ona görə ki, insan xəstə ola bilər, insan imkansız ola bilər, insan nəəyisə əldə edə bilməyə bilər. Ancaq onun bu xəstəliyinin dilə nə dəxli var?! Dili şirin olan insan üçün mən həmişə ürəyimi verərəm".

Qeyd edək ki, Cabbar Musyaevin şou-biznes aləmində küslü olduğu məşhurlar sırasında Musa Musyaevlə yanaşı Elxan Şirinovun da adı keçir. ("Titul")


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur