06.05.24 | Bakı 16.03° C |
20:05:29
Lent :

"Barselona"nın yeni hədəfi odur: 100 milyon qiyməti var

12:00 26.04.2024
İDMAN
ads

"Barselona" "Nyukasl"ın 24 yaşlı hücumçusu Alexander İsak ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin sözlərinə görə, kataloniya təmsilçisi, isveçli futbolçunu müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Robert Levandovskinin əvəzləyicisi kimi görür.

“Nyukasl”ın yayda İsakı 100 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadığı vurğulanır. Lakin hücumçunun müqaviləsində bənd var ki, “sağsağanlar” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, onun transfer dəyəri 20% azalacaq.

Premyer Liqada 33 matçdan sonra 50 xal toplayan "Nyukasl" Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 16 xal geri olmaqla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, bu mövsüm İsak bütün turnirlərdə 35 matçda iştirak edib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az