18.05.24 | Bakı 15.03° C |
09:05:39
Lent :

Arəstə Baxışovanın doğum günüdür -VİDEO

10:52 04.05.2024
TARİXDƏ BU GÜN
ads

4 may Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer, şəhid Arəstə Baxışovanın doğum günüdür.


QÜTB.AZ xəbər verir ki, O,  1989 cu ildə Xaçmazın Qımılqışlaq kəndində dünyaya göz açıb. 


Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb.


O, 2 ci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri Şəhidlər Xiyabanında dəfn edilib.


Ölümündən sonra “Vətən uğrunda” və “Florens Naytinqeyl” medallarına layiq görülən Arəstə Baxışova Vətən müharibəsində yeganə qadın şəhiddir.


TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az