02.05.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

217 min dolları ölkədən çıxaran şəxs cərimələndi

02 may 2025 09:00
GÜNDƏM
ads

217 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şəxs haqqında tərtib edilən inzibati xəta haqqında protokol Nəsimi rayon Məhkəməsi tərəfindən təsdiq edilib.

Qutb.az-ın məlumatlna görə, şəxs 2023-cü ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb, lakin ödənişin aparıldığı gündən iki il müddət keçməsinə baxmayaraq, 217980.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib. Nə də qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılıb.

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 217980.00 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 43596 (qırx üç min beş yüz doxsan altı) ABŞ dolları məbləğində cərimə edilib.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur