Hazırda İrəvanda və Ermənistanın müxtəlif bölgələrində itaətsizlik aksiyası keçirilir. Ermənistan polisi yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olan etirazçıları saxlayır.
Publika.az xəbər verir ki, polis əməkdaşları “Ermənistan” blokunun deputatı Aşot Simonyanı döyüblər. Parlamentari onlarla polis tərəfindən döyülərək saxlanılıb.
Bundan əvvəl Simonyan avtomobili ilə küçəni bağlamışdı.
Qeyd edək ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistralları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.
Akqabay