"Real" yarımmüdafiəçisi Arda Gülər oynamamasından narazıdır.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 18 yaşlı futbolçu Ançelottinin Madrid klubunun son 3 matçında onu bir dəqiqə belə meydana buraxmamasından narazıdır. Oyun praktikasının olmaması səbəbindən türk futbolçu bu qış icarəyə getmək variantını nəzərdən keçirir. Gülərin bu mövsümün sonuna kimi icarədə qalacağı vurğulanır.
Xatırladaq ki, Türkiyə millisinin üzvü bu mövsümün əvvəlində zədəli olduğu üçün bütün turnirlərdə cəmi 2 matçda iştirak edib. Ardanın klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Heybət