Britaniyanın “FourFourTwo” portalı tarixin 32 ən yaxşı afrikalı futbolçusunun reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, jurnalistlər “Liverpul” və Misir millisinin hücumçusu Məhəmməd Salahı birinci yerə qoyublar. İlk üçlükdə həmçinin Afrikadan “Qızıl top”un yeganə qalibi olan liberiyalı Corc Vea və “Barselona”, “İnter” və Kamerun millisinin keçmiş hücumçusu Samuel Eto’O yer alıb.
Hazırkı futbolçular arasında Sadio Mane (keçmiş “Sauthempton”, “Liverpul”, “Bavariya”, indiki “Əl-Nəsr”) və Riyad Mahrez (keçmiş “Lester”, “Mançester Siti”, indiki”Əl-Hilal”) var.
İlk 10-luq belədir:
Məhəmməd Salah (Misir)
Corc Vea (Liberiya)
Samuel Eto’O (Kamerun)
Didye Droqba (Fildişi Sahili)
Yaya Ture (Fildişi Sahili)
Sadio Mane (Seneqal)
Riyad Mahrez (Əlcəzair)
Abedi Pele (Qana)
Maykl Essyen (Qana)
Cey Cey Okoça (Nigeriya)