Yunanıstan Ermənistanı Qərbə yaxınlaşdırmaq və keçmiş Sovet İttifaqı ölkəsini digər ölkələrlə ittifaqa daxil etmək üçün kömək edir.
Publika.az xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Afinaya səfər edən erməni həmkarı Nikol Paşinyanla görüşündə deyib.
Məlumata görə, Yunanıstanın baş naziri bildirib ki, Rusiya ilə sıx ticarət və hərbi əlaqələri olan Ermənistan son illərdə bir neçə dəfə Azərbaycanla münaqişələr yaşayıb.
“Biz Ermənistanın Qərbə istiqamətlənməsini tam dəstəkləyirik. Təbiidir ki, ölkəmiz NATO və Avropa İttifaqının üzvü kimi bu yeni liberal demokratiyanın qurulması üçün bilik və təcrübənin ötürülməsi sahəsində yardım göstərnəyə hazırdır”, - Mitsotakis qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfərə gedib. N.Paşinyan planlaşdırılmış səfəri çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaropulu, baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantin Tasulasla görüşüb.