27.04.24 | Bakı 20.03° C |
23:04:37
Lent :

Yaşlı qadının gözünə qaz sıxan polislə bağlı araşdırma aparılır

22:35 20.06.2023
HADİSƏ
ads

Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.


DİN-in mətbuat xidmətindən Qutb.aza bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.


Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.


O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.


Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
23:04 | 20.06.2023
@Qutb
22:58 | 20.06.2023
@Qonaq
3 4 minə işə götütəndə bu harınlaşmışları belə olacaqda
22:54 | 20.06.2023
@Qonaq
İstəmirlərsə tikməyin,kimə ıazımdı o süni göl? Kimə tikirsiniz???
18:24 | 15.07.2023
@Sadıq
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az