Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərində gözəllik salonuna baş çəkən qadın müştəri döş fəqərəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “Mash Gor” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, qadın rezin xalçası olmayan kafel üzərində sürüşərək əli ilə santexnika xətlərinə ziyan vurub.
“Masajdan sonra məni duş otağına yönəltdilər. Duşdan sonra sürüşdüm və tarazlığımı bərpa etməyə çalışaraq, yuyucudan tutdum. Lakin alınmadı və yıxıldım. Bu zaman yuyucu üstümə düşdü, sonra sıçrayaraq gözəllik salonundakı tualeti zədələdi”, - deyə Liliana Lepşokova adlı müştəri qeyd edib.
Lepşokovanın sözlərinə görə, hadisədən sonra gözəllik salonundan ona nə zəng edən, nə də səhhəti ilə maraqlanan olub. Qadın iddia edir ki, hələ bu azmış kimi, onun masaj zamanı çılpaq olduğu fotoları və intim videosu internetə yerləşdirilib.
“Gözəllik salonunun sahibi özünü haqlı çıxarmaq və dediklərimi təkzib etmək üçün mənim və digər müştərilərə aid intim videoları sosial şəbəkələrdə yayımlayıb”, - deyə Liliana Lepşokova əlavə edib.