Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ-2106" markalı avtomobillə "Opel" markalı minik maşını toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.
Qəza zamanı Bərdə rayon sakinləri - 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az