"Twitter”in İlon Maskın şirkəti satın almasından sonra işdən çıxarılan minlərlə işçiyə ən azı 500 milyon dollarlıq işdən çıxma təzminatı ödəməkdən imtina etdiyi bildirilir.
Qutb.az xarici mediaya istinadən xəbər verir ki, İlon Maskın satın alınması ilə yeni funksiyalar tətbiq edən "Twitter” digər tərəfdən də məhkəmə çəkişmələri ilə üz-üzə qalıb.
Yanvar ayında işdən qovulmazdan əvvəl "Twitter”in işçilərinə verilən müavinət proqramlarına nəzarət edən Kortni Makmillian "Twitter”ə qarşı kollektiv məhkəmə iddiası qaldırıb.
İddiaya görə, McMillian kimi yüksək vəzifəli işçilərə altı aylıq əsas əmək haqqının ödənilməsi tələb olunurdu. Lakin McMillian iddia edir ki, "Twitter” işdən çıxarılan işçilərə maksimum bir aylıq işdən çıxma haqqı verir və çoxları heç nə almır.
Qeyd edək ki, oktyabr ayında Mask şirkəti satın aldıqdan sonra "Twitter” xərcləri azaltmaq üçün işçi qüvvəsinin yarıdan çoxunu işdən çıxarıb.