Futbol üzrə Türkiyə Superliqasında XXII tura yekun vurulub.
Publika.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçirilib.
Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” doğma meydanda “İstanbulspor”u qəbul edib. Görüş “Cim-Bom”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-qırmızılılar”ın heyətində qolları Kərəm Aktürkoğlu (2) və Mauro İkardi vurublar.
Günün digər oyunlarında “Samsunspor” “Kayserispor”a 2:0, “Rizəspor” isə "Trabzonspor"a 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 22 turdan sonra turnir cədvəlinə 57 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 36 xalla dördüncü pillələrdə qərarlaşıb.