Bazar ertəsi Meksikanın şimalındakı Duranqo ştatında iki şəxsi təyyarənin qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Duranqo ştatının qərbindəki La-Qalancita qəsəbəsində kiçik asfaltsız uçuş zolağında baş verib. İki yüngül tipli Cessna təyyarəsi biri havaya qalxarkən, digəri isə yerə enərkən toqquşub.
Toqquşmadan sonra hər iki təyyarə alovlanıb. Qəza nəticəsində beş sərnişinin hamısı həlak olub.
Dövlət orqanları ölümcül qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Milli.Az