05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Avstriyada müvəqqəti baş nazir elan olundu

08 yan 2025 18:00
DÜNYA
ads
Advertisement

Avstriyanın baş naziri Karl Nehammerin istefa verməsindən sonra ölkədə yeni hökumət qurulana qədər xarici işlər naziri Aleksandr Şallenberq müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.

QÜTB.AZ xəbər verir ki, hökuməti qurmaq vəzifəsinin ifrat sağçı Azadlıq Partiyasına (FPÖ) verildiyi ölkədə Şallenberqin cümə günü and içəcəyi gözlənilir.

Bu arada, koalisiya danışıqlarına başlamaq qərarına gələn sağ mərkəzçi Xalq Partiyası (ÖVP) ilə ifrat sağçı FPÖ arasında danışıqların tezliklə başlayacağı gözlənilir.

Sentyabrın 29-da Avstriyada keçirilən ümumi seçkilərdə ifrat sağçı FPÖ birinci olub, lakin parlamentə girməyi bacaran digər partiyalar Azadlıq Partiyası ilə koalisiya qurmaq istəmədiyi üçün hökumət qurmaq səlahiyyəti verilməyib.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur