26.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Ev sahibini öldürüb üstündə it damı tikdi - Xaçmazda dəhşət

26 dek 2025 05:00
HADİSƏ
ads
Advertisement

Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb.

 

Qutb.az xəbər verir ki, araşdırmalar zamanı bəlli olub ki, Ə. Əkbərov bir müddət əvvəl ailəsindən ayrılıb və ona məxsus evdə şübhəli S. Həsənəliyev kirayəçi kimi yaşayıb.

 

Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasığmaz üsula əl atıb. O, meyiti evin həyətində basdırıb və həmin yerin üzərində it damı inşa edib.

 

Hadisədən sonra Ə.Əkbərovun taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verib. O, ev sahibinin aliment borcları olduğu üçün hüquq-mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ə. Əkbərov 3 il ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

 

Əməliyyat tədbirləri nəticəsində isə onun kirayəçisi Surəddin Həsənəliyev tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyitinin evin həyətində basdırıldığı üzə çıxıb. (Mənbə: Shimal News)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur