Nigeriyanın Kaduna əyalətində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.
Publika.az xəbər verir ki, Kaduna ştatının Milli Yol Təhlükəsizliyi Direktoru Kabir Nadabo verdiyi açıqlamada sərnişin avtobusunun Kaduna-Kano şossesində xəndəyə düşdüyünü bildirib.
Nadabo qeyd edib ki, qəza nəticəsində 16 nəfər ölüb, 4 nəfər yaralanıb.
Xəstəxanada olan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Roza Şəfiyeva