Terror təşkilatı PKK/YPG-nın Ayn əl-Ərəbdəki rabitə qülləsi Türkiyə PUA-ları tərəfindən hədəfə alınıb.
QÜTB.AZ xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriyadakı terrorçu varlığa qarşı əməliyyatlarını davam etdirir.
Axşam saatlarında təşkilatın təbliğat fəaliyyəti üçün də istifadə edilən Ayn əl-Ərəbdəki rabitə qülləsi Türkiyə PUA-ları tərəfindən vurulub. Bu əməliyyatla terror təşkilatı internetdən məhrum edilib.
Həmçinin daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin Tişrin bəndi və Ayn İsa ətrafındakı təşkilata məxsus mövqelərə, tunellərə və zirehli texnikaya qarşı hava əməliyyatı həyata keçirdiyi, M-4 avtomobil yolu yaxınlığındakı təşkilat mövqelərinin artilleriya atəşi ilə vurulduğu da bildirilmişdi.
Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Rakkanın qərbindəki Çərniyə kəndində terror təşkilatı PKK/YPG-nin qondarma liderlərinin toplaşdığı evə düşüb. Təşkilatın sahə komandirlərinin də binada olduğu bildirilib. Terror təşkilatında çoxlu itkilərin olduğu qeyd olunur.
Bunların böyük əməliyyata hazırlıqlar olduğu bildirilir.
Roza