Bakıda kütləvi dava olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.
Bir qrup şəxs arasında düşən davada ana və 2 oğlu döyülüb. Döyülənlər Mərziyə Baxşıyeva və onun övladları 20 yaşlı Toğrul, 27 yaşlı Sərdardır.
Hadisə barədə polisə məlumat verilib.
Araşdırma aparılır.
Milli.Az